Azərbaycan deputatı AŞPA-da alt komitəyə sədr seçilib

Azərbaycan deputatı AŞPA-da alt komitəyə sədr seçilib
# 13 oktyabr 2016 11:07 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva komitənin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri vəzifəsinə seçilib.

Azərbaycanlı millət vəkili bu vaxta qədər alt komitənin vitse-prezidenti vəzifəsini icra edib və eyni zamanda, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq hüquqları üzrə baş məruzəçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR