Penitensiar xidmətdən çıxarılan general və polkovnikə DTX-da vəzifə verilib

Penitensiar xidmətdən çıxarılan general və polkovnikə DTX-da vəzifə verilib
# 22 noyabr 2016 11:33 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətində kadr təyinatı olub.


APA-nın məlumatına görə, xidmətin Heydər Əliyev adına Akademiyasının rəis müavini olan Nizaməddin Cəlilov Maliyyə - Təsərrüfat İdarəsinin rəis müavini təyin edilib. Bundan əlavə Rafiq Ramazanov xidmətin Hərbi Əks Kəşfiyyat İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, N. Cəlilov bundan əvvəl Penitensiar Xidmətin rəis müavini vəzifəsində, R. Ramazanov isə Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.

N. Cəlilov ədliyyə general mayoru, R. Ramazanov isə ədliyyə polkovnikidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR