Gəncə sakinini teplovoz vurub

Gəncə sakinini teplovoz vurub
# 04 mart 2017 08:18 (UTC +04:00)

Gəncəçay dəmir yolu stansiyası ərazisindəki qorunmayan keçiddə qəza hadisəsi olub. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, martın 3-də saat 18 radələrində Gəncəçay dəmir yolu stansiyası ərazisindəki qorunmayan keçiddə yolu keçən Gəncə şəhər sakini Hüseyn Hüseynovu teplovoz vurub.

Xəstəxanaya yerləşdirilən H. Hüseynovun ayağı amputasiya olunub və həmin gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR