Soyğunçuluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Soyğunçuluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 08 avqust 2017 11:34 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Elməddin Ağazadə və Rəvan Nağızadənin məhkəməsi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E. Ağazadə 8 il, R. Nağızadə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən fevralın 17-də rayon ərazisindəki evlərdən birindən 400 ABŞ dolları və 1500 manat pul, habelə qızıl əşyalar və 2 ədəd mobil telefonu soyğunçuluq yolu ilə oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri Elməddin Ağazadə və Rəvan Nağızadə tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR