Gəncədə hesabat yığıncağı keçirilib

Gəncədə hesabat yığıncağı keçirilib
# 08 fevral 2017 17:25 (UTC +04:00)

Gəncədə 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

APA-nın məlumatına görə, yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Hesabat yığıncağını giriş sözü ilə açan şəhər rəhbəri, bildirib ki, Gəncə şəhərində 2017-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq.

“2017-ci ildə Gəncənin sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artacaq, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək”, deyə E.Vəliyev qeyd edib.

Elmar Vəliyevin bildirib ki, 2016-cı il ərzində şəhərdə müqayisəli qiymətlərlə 859,5 milyon manat ümumi daxili məhsul buraxılıb ki, bu da faktiki qiymətlərlə 956,1 milyon manat təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 18,8 milyon manat çoxdur.

Elmar Vəliyev 2017-ci ildə qarşıda duran vəzifələr haqqında danışarkən bildirib ki, bütün sahələrdə sosial, iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq, həm infrastruktur layihələr həyata keçirilməsi, işıq, qaz, su layihələrinin davamlı həyata keçirilməsi nəzərdə tutulur.

Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov hesabat yığıncağında çıxış edərək 2016-cı il ərzində Gəncə şəhərində görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib.

Sonda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərova Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Tərəqqi” medalı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR