Azərbaycan polisinin 100 illiyi münasibətilə medal təsis edilib

Azərbaycan polisinin 100 illiyi münasibətilə medal təsis edilib
# 02 oktyabr 2017 14:18 (UTC +04:00)

Azərbaycan polisinin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilib.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Dəyişikliyə əsasən, Azərbaycan polisinin 100 illiyi medalı təsis edilir.

Layihə səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR