Tərtərdə əl qumbarası tapılıb

Tərtərdə əl qumbarası tapılıb
# 25 avqust 2017 14:35 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu Şıxarx qəsəbəsi ərazisində əl qumbarasının aşkarlanması barədə məlumat daxil olub.

Agentlikdən APA-ya bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkarlanan 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR