Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsinin həllinə dair istənilən beynəlxalq təşkilat tərəfindən göstərilən dəstəyi alqışlayırıq”

Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsinin həllinə dair istənilən beynəlxalq təşkilat tərəfindən göstərilən dəstəyi alqışlayırıq”
# 23 iyul 2015 18:13 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bu gün Bakıda keçirdi mətbuat konfransında deyib.

Amerikalı həmsədr hər iki münaqişə tərəfinin bilavasitə özlərinin Dağlıq Qarabağ formatında fəaliyyət göstərərək danışıqları davam etdirməyə dair öhdəliklərə sadiqliyini nümayiş etdirdiyini bildirib.

Tərəflər arasındakı gərginliyin və etimadsızlığın aradan qaldırılmasına dair ATƏT-in hansı planlarının olması barədə jurnalistin sualını cavablandıran həmsədr bildirib ki: “Tərəflər arasında etimadın o qədər də güclü olmaması barədə danışarkən mən digər fundamental bir məsələni xatırladım. Xatırlayıram ki, azərbaycanlılar və ermənilər bir məkanda yaşamışlar, insanlar biri birinin ailələrini tanımış, birgə işləmişlər. Lakin belə bir vəziyyət yaranıb ki, hər iki tərəfdən - Azərbaycan və Ermənistan tərəfindən artıq bir nəsil böyüyüb ki, xalqlar arasında olan bu kimi əlaqəni görməyib. Ümid edirəm ki, gün gələcək Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa dair razılaşdırılmış həll tapılacaq, azərbaycanlılar və ermənilər təhlükəsiz, əmin-amanlıq şəraitində birgə yaşayacaq”.

Ceyms Uorlik etimadın yaradılması və daimi olaraq gücləndirilməsinin çox vaxt aparan, çətin məsələ olduğunu bildirib: “Bu çox vaxt aparan və çətin bir məsələdir. Lakin bu o demək deyil ki, biz cəhdlərimizi kənara qoymalıyıq. Biz bu istiqamətdə fəaliyyət göstərərək tərəflər arasında etimadın yaradılmasına çalışacağıq. Azərbaycan-Ermənistan sərhədində, təmas xəttində yaranan zorakılıq halları bizi həmişə narahat edir. Eyni zamanda hər hansı istiqamətdə yaranan gərginlik bizi narahat edir. Hər zaman prezidentlərlə görüş zamanı biz bu məsələləri səsləndiririk. Tam əminliklə bildirə bilərəm - heç bir tərəf gərginliyin artmasını istəmir. Düşünürəm ki, buna görə onlar danışıqlara qatılır və bizimlə bu istiqamətdə fəaliyyət göstərir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR