Bidzina İvanişvili hakim partiyanın prezidentliyə mümkün namizədlərinin adlarını açıqlayıb

Bidzina İvanişvili hakim partiyanın prezidentliyə mümkün namizədlərinin adlarını açıqlayıb
# 24 iyul 2018 18:35 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili partiyanın prezidentliyə mümkün namizədlərinin adlarını açıqlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın İctimai Televiziyasına müsahibəsində o bildirib ki, “Gürcü Arzusu”nun prezident vəzifəsinə çoxlu layiqli namizədləri var.

“Zurab Abaşidze, Sozar Subari, Sergeyenko, Tea Tsulukiani. Mənim də namizəd olacağımı deyirlər. Bizim seçkilərin ilk mərhələsində qalib gələ biləcək çoxlu layiqli namizədlərimiz var”,- deyə B. İvanişvili söyləyib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək. “Gürcü Arzusu” partiyasından prezidentliyə namizədin adının avqust ayında açıqlanacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR