Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib - FOTO

Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTO
# 26 iyun 2015 23:26 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Rusiyadakı səfirliyinin Qonaq Evində keçirilən mərasimdə xarici ölkələrin səfirləri, hərbi attaşeləri, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib ki, azərbaycanlılar öz ordusuna xüsusi ümidlər bəsləyir: "Çünki ölkəmiz Ermənistanın hərbi təcavüzünə məruz qalıb, Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq qaçqınımız var. Siyasi-diplomatik səylərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. BMT Təhlükəsizlik Şurasının 4 qətnamələsinə, BMT Baş Assambleyası, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmur. Bununla bağlı Azərbaycanın hər bir vətəndaşı, o cümlədən də, ali baş komandan, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ordusuna əminlik və ümidlə baxırlar. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir. Rusiya da ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin tənzimlənməsi üçün çox şey edir".

Səfir Azərbaycan rəhbərliyinin diqqət və qayğısı nəticəsində ölkə ordusu üçün istənilən şərait yaradıldığını, ən müasir silahların alındığını söyləyib: “Biz əminik ki, ordumuz istənilən zaman ali baş komandanın hər hansı bir göstərişini yerinə yetirə bilər”.

Daha sonra Azərbaycanın Rusiyadakı yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Rac Babayev çıxış edib. O, Azərbaycan milli ordusunun yaranması tarixi haqqında danışıb: "Müasir Azərbaycan ordusu 90-cı illərin əvəllərində erməni qoşunlarına qarşı döyüşən batalyonların bazasında yaranıb. Könüllü batalyonlar düşmənə qarşı vuruşurdular. Bizim ordunun tarixi könüllü batalyonların əsgərlərinin və işğalçı tərəfindən qətlə yetirilən dinc sakinlərin qanı ilə yazılıb. Təkcə bir Azərbaycan şəhəri olan Xocalıda 613 dinc sakin qətlə yetirilib. Müasir Azərbaycan ordusunun yaranması isə 1994-cü ild ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaradılıb".

Rusiya-Azərbaycan hərbi əməkdaşlığından danışan hərbi attaşe Rac Babayev Azərbaycan ordusunun zabitlərinin əsas hissəsinin Rusiyada hazırlıq keçdiyini qeyd edib.

Sonda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü şərəfinə qonaqlara ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR