Pakistan Milli Bankının Bakı filialı rübü zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialı rübü zərərlə başa vurub
# 20 oktyabr 2017 15:11 (UTC +04:00)

2017-ci ilin III rübündə "Pakistan Milli Bankı Bakı filialı"nın aktivlərinin həcmi 11,069 mln. manat təşkil edib ki, bu da örtən ilin III rübü ilə müqayisədə 1,45% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 24,5% azalaraq 1,383 mln. manat olub. Bankın qeyri standart kreditlərinin həcmi 1,227 mln. manat olub ki, bu da ümumi kredit portfelinin 88,7%-i deməkdir.

Bu ilin yanvar-sentyabr aylarında bankın depozit portfeli 563,650 min manat təşkil edib ki, bu da III rüblə müqayisədə 2,79% azdır. Əhalinin əmanətləri 275,930 min manat olub ki, bu da ötən il ilə müqayisədə 20,43% çoxdur. Hesabat dövründə bankın öhdəlikləri 857,770 min manata bərabər olub.

Müqayisə olunan dövrdə məcmu kapitalı 2,18% azalaraq 10,149 mln. manat, nizamnamə kapitalı isə dəyişməyərək 9 mln. 420 min manat təşkil edib.

Bankın gəlirləri 609,460 min manata, xərcləri isə 723,390 min manata bərabər olub.

Bank bu ilin 9 ayını 106,330 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR