"Qayınana" filmində Sevda rolunun ifaçısı vəfat edib - VİDEO

"Qayınana" filmində Sevda rolunun ifaçısı vəfat edib - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 08:55 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Əməkdar artisti Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə "lent.az"a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.

İyunun 1-də 65 yaşı tamam olan aktrisa 1978-ci ildən «Azərbaycanfilm» k/st.-nda bir çox filmlərdə rol almışdır, onun çəkildiyi filmlər «Sevinc buxtası» «Şir evdən getdi», «Üzü küləyə», «Qaynana», «Yarımçıq qalmış mahnı», «Üzeyir ömrü», «Əlavə iz», «İlıq dənizdə buz parçası», «İşarəni dənizdən gözləyin», «Portağal» (Ukraina.), «Hər şeydən əvvəl düzlük» (Özbəkistan.), «Dağıdılmış körpü» (1996) və s.

Mərhum aktrisa ilə vida mərasimi bu gün saat 13:00 də Təzə Pir məscidində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR