Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 19 mart 2018 07:09 (UTC +04:00)

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Bahar qız dövlət başçısına səməni təqdim edib.

Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra prezident və xanımı Dənizkənarı Milli Parka gəliblər.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident və birinci xanım bayram konsertinə baxıblar.

Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR