Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
# 03 mart 2017 23:28 (UTC +04:00)

Türkiyənin Adıyaman vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Samsa qəsəbəsində, ocağı isə 11 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, martın 2-də adıçəkilən ərazidə 5,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Gaziantep, Kilis, Batman və Şanlıurfa vilayətlərində də hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR