Gürcüstanda Azərbaycan şairlərinin poeziya nümunələrindən ibarət təqvim nəşr olunacaq

Gürcüstanda Azərbaycan şairlərinin poeziya nümunələrindən ibarət təqvim nəşr olunacaq
# 22 aprel 2017 22:32 (UTC +04:00)

Gələn il Gürcüstanda Azərbaycan şairlərinin poeziya nümunələrindən ibarət təqvim nəşr olunacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Ş. Rustaveli adına gürcü ədəbiyyatı institutunun elmi əməkdaşı, azərbaycanlı tərcüməçi Oqtay Kazımov Gürcüstan prezidentinin maliyyə dəstəyi ilə nəşr olunan 2017-ci il təqviminin yeni nəşrinin təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, təqvimi tərtib etməkdə məqsəd 2002-ci ildən tərcümə etdiyi Azərbaycan və gürcü klassik şairlərinin poeziyasından nümunələri tam və kiçik ixtisarla oxuculara çatdırmaqdır: “Hesab edirəm ki, hər səhər təqvimə baxan insanlar bu poeziya nümunələrini oxuyacaqlar. Düşünürəm ki, bu, ən asan və ucuz təbliğat vasitəsidir”.

O. Kazımov hər il nəşr olunacaq təqvim layihəsinin davamlı nəşr olunacağını bildirib: “Gələn il nəşr olunacaq yeni təqvim gürcü dilində Azərbaycan şairlərinin poeziya nümunələrindən ibarət olacaq. Bu layihə davamlı olacaq. Mən bu əhəmiyyətli layihə üçün Gürcüstan prezidentinə təşəkkür edirəm. Onu da qeyd edim ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx Allahşükür Paşazadəyə bu təqvimi hədiyyə edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR