“Neftçi” gürcüstanlı futbolçu ilə müqavilə bağlayıb

“Neftçi” gürcüstanlı futbolçu ilə müqavilə bağlayıb
# 27 dekabr 2016 09:18 (UTC +04:00)

Namiq Ələsgərovu heyətinə qatan “Neftçi” daha bir futbolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın budəfəki transferi legioner olub.

Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov əməkdaşımızla söhbətində bildirib ki, “Neftçi” Gürcüstan yığmasının üzvü Georgi Navalovskini heyətinə cəlb edib. Tərəflər arasında münasibətlər artıq rəsmiləşdirilib.

Azərbaycan Navalovski üçün yad ölkə deyil. Belə ki, 30 yaşlı müdafiəçi 2010-cu ildə icarə əsasında Bakı “İnter”inin formasını geyinib.

Qeyd edək ki, 2008-ci ildən Gürcüstan yığmasına çağırılan Navalovskinin son klubu Yunanıstan təmsilçisi “Veria” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR