Ölkənin ən iri plastik boru istehsalçısı 2 mln. manatlıq istiqraz buraxır

Ölkənin ən iri plastik boru istehsalçısı 2 mln. manatlıq istiqraz buraxır
# 08 yanvar 2018 14:29 (UTC +04:00)

Yanvarın 8-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MET-AK” MMC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazları BFB-də standart bazar seqmentində listinqə daxil edilib. BFB-dən “APA-Economics”ə verilən xəbərə görə, nominal dəyəri 2 mln. manat olan istiqrazların tədavül müddəti 1 il, illik gəlirlik dərəcəsi 14%-dir.

İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.

Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin emitentlərin məlumat bazası bölməsində (www.bfb.az) yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR