Xəzər rayonunda badam bağlarının salınmasına vəsait ayrılacaq

Xəzər rayonunda badam bağlarının salınmasına vəsait ayrılacaq
# 09 mart 2018 14:10 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bakının Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Xəzər rayonunda işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələri, müasir istixana komplekslərinin, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, badam bağının salınması, ət kəsimi, zeytun və badam emalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR