İran-İraq sərhədində növbəti dəfə zəlzələ olub

İran-İraq sərhədində növbəti dəfə zəlzələ olub
# 26 yanvar 2018 21:55 (UTC +04:00)

İran- İraq sərhədində 4,6 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri İranın İlam şəhərindən 62 km qərbdə, İraqın Mandali yaşayış məntəqəsindən 24 km şərqdə, ocağı 60 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

2017-ci il, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 2 minə yaxını xəsarət alıb. Hazırda ərazidə seysmoloji aktivlik davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR