Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq edib

Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq edib
# 25 fevral 2019 10:52 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Valyuta Fondunun (BMF) “Ümumi Məlumatların Yayılması Sisteminin (Enhanced Data Dissemination Systemi E-GDDS)” tövsiyələrini həyata keçirib.

ONA xəbər verir ki, bu barədə BVF-in internet səhifəsində “Ölkə üzrə Məlumatlar Məcmusunda” (National Summary Data Page-NSDP) Azərbaycan üzrə mühüm statistik məlumatlar dərc edilib.

Bu haqqda məlumat verən İİTKM-in analitiki Vüsalə Cəfərova bildirib ki, “Ölkə üzrə Məlumatlar Məcmusunda”, milli hesablar, monetar və fiskal sektor, tədiyyə balansı və digər sahələr üzrə əsas makroiqtisadi məlumatların birbaşa olaraq bir mənbədən əldə edilməsini təmin etməklə “bir pəncərə məlumat portalı” funksiyasını yerinə yetirir: “NSDP Azərbaycan Dövlət Statistika Komitəsinin internet səhifəsində nəşr olunmaqla BVF-nin “Statistik Məlumatların Yayımlanması Standartları Bülleteni” arasında birbaşa əlaqəni təmin edir. NSDP Statistik Məlumatlar Bazası və Metadata Mübadiləsindən istifadə etməklə Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən dərc olunan statistikalara dair istinadları təmin edir. NSDP vasitəsilə zəruri makroiqtisadi məlumatların dərc edilməsi investorlar və reytinq agentlikləri də daxil olmaqla yerli və xarici istifadəçilərin maraqlarına uyğundur. Bu sistem iqtisadi vəziyyət və iqtisadi siyasəti izləmək üçün əhəmiyyətli məlumatlara asanlıqla daxil olmağa imkan verəcəkdir. Bu məlumatlar həm insan, həm də xüsusi maşınlar tərəfindən oxunula bilən formatlarda asanlıqla əldə edilir, istifadəçilərə vaxtında məlumatların əldə edilməsinə və məlumatların şəffaflığının artırılmasına imkan verir”.

BVF-nin Statistika Departamentinin Direktoru Luis Mark Duşarme Azərbaycanda statistikanın inkişafında bu addımın mühüm əhəmiyyət daşıdığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR