Gəncədə üç gün əvvəl su kanalında batan 5 yaşlı qızın meyiti tapılıb

Gəncədə üç gün əvvəl su kanalında batan 5 yaşlı qızın meyiti tapılıb
# 27 mart 2018 12:31 (UTC +04:00)

Gəncədə su kanalında batan azyaşlının meyiti tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 5 yaşlı Selcan Ağayevanın meyiti su kanalının Gəncənin Poçt qəsəbəsi ərazisindən keçən ərazisində tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, martın 24-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonu ərazisindən keçən kanalda azyaşlının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR