Nazir: "Azərbaycanın neft ehtiyatları XXI əsrin II yarısında da tükənməyəcək"

Nazir: "Azərbaycanın neft ehtiyatları XXI əsrin II yarısında da tükənməyəcək"
# 30 may 2018 08:31 (UTC +04:00)

"Şəfəq" və "Asiman" yataqlarında, Abşeron yarımadasının dayaz sulu hissəsində kəşfiyyat işlərinin planlaşdırılması karbohidrogen ehtiyatlarının olması ilə bağlıdır".

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

"Kondensat potensialı "Şahdəniz", "Babək", "Ümid" strukturlarında gələcəkdə də neft hasilatının əldə olunmasına ümid verir. Bunlar bir daha ölkənin neft ehtiyatlarının, hətta XXI əsrin ikinci yarısında da tükənməyəcəyini söyləməyə əminliklə imkan verir",- deyə P.Şahbazov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR