ABŞ Latın Amerikası ölkələrini KXDR-lə əlaqələri kəsməyə çağırıb

ABŞ Latın Amerikası ölkələrini KXDR-lə əlaqələri kəsməyə çağırıb
# 16 avqust 2017 19:28 (UTC +04:00)

ABŞ Latın Amerikası ölkələrini Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri kəsməyə çağırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çilidə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib.

“Ümid edirik ki, Çili, Braziliya, Meksika və Peru bizə qoşularaq Şimali Koreya ilə diplomatik və kommersiya əlaqələrini kəsəcəklər”, deyə M.Pens bildirib.

Ötən həftə ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR