Zaqatalada dağlıq-meşəlik ərazidə baş verən yanğın söndürülüb

Zaqatalada dağlıq-meşəlik ərazidə baş verən yanğın söndürülüb
# 25 sentyabr 2017 07:11 (UTC +04:00)

Zaqatalada yüksək dağlıq-meşəlik ərazidə baş verən yanğın tam söndürülüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 24-də saat 18:10 radələrində Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində başlayan yanğın bu gün saat 06:45 radələrində tam söndürülüb. Yanğın nəticəsində 3 hektar dağlıq-meşəlik ərazidə xəzəl, kol-kos, quru ot, qurumuş ağac budaqları və qismən qurumuş ağaclar yanıb. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri, ETSN-in Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər iştirak edib. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR