Qaxda fərdi yaşayış evi yanıb

Qaxda fərdi yaşayış evi yanıb
# 10 dekabr 2017 21:06 (UTC +04:00)

Qaxda fərdi yaşayış evi yanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın dekabrın 10-u axşam saatlarında rayonun Dəymədağlı kəndində, kənd sakini Seyfəddin Nurəddin oğlu Hacıyevə məxsus, ümumi sahəsi 165 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR