Kamran İmanov: “Piratlığın səviyyəsi müxtəlif sahələrdə 20-30 faiz azalıb”

Kamran İmanov: “Piratlığın səviyyəsi müxtəlif sahələrdə 20-30 faiz azalıb”
# 05 iyun 2018 08:21 (UTC +04:00)

“Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu - innovativ inkişafa qədəm qoyur. Qeyri-neft sektorunu inkişaf etdirən, diversifikasiyanı uğurla aparan və “Made in Azerbaijan” brendini təşviq edən dövlətimiz qısa müddətdə böhran vəziyyətini arxada qoyaraq, iqtisadi artım dinamikası əldə edib, qeyri-neft sektorunda 2018-ci ilin 4 ayında 11% irəliləyiş olub”.

APA-nın məlumatına görə, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Bakıda keçirilən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq elmi konfransda deyib. O bildirib ki, kreativ iqtisadiyyatın ÜDM-dəki payı 5%-i ötüb və bu, dünya üzrə orta səviyyədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur: “Piratlığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratlığın səviyyəsi müxtəlif sahələrdə 20-30% aşağı düşüb. Əqli Mülkiyyət Agentliyinin qarşısında duran vəzifələri nə cür görürük? Qarşıda duran vəzifələr dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü siyasəti ilə formalaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR