Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanlarının nəticələri açıqlanıb

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanlarının nəticələri açıqlanıb
# 28 iyul 2017 14:20 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının nəticələrini elan edib. DİM-dən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1725 abituriyentdən 22 nəfəri imtahanda iştirak etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR