Bank Of Baku

Azərbaycan millisinin üzvü “Azəryolservis” voleybol klubu ilə müqaviləsinin müddətini artırıb

Azərbaycan millisinin üzvü “Azəryolservis” voleybol klubu ilə müqaviləsinin müddətini artırıb
# 04 iyul 2012 08:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legionerimiz növbəti mövsümdə də “Azəryolservis”də çıxış edəcək.

Yığmamızın bazasına çevrilən “Azəryolservis” Qurbanova ilə müqavilənin müddətini daha 1 illiyə artırıb.

Qeyd edək ki, yeni mövsümdən iddialı olacaq komanda Anastasiyadan öncə millimizin digər üzvləri – Odina Əliyeva və Yelena Parxomenka ilə müqavilə imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR