Bank Of Baku

“Azərreyl” Moskva “Dinamo”su və “Srvena Zvezda” ilə qarşılaşacaq

“Azərreyl”  Moskva “Dinamo”su və “Srvena Zvezda” ilə qarşılaşacaq
# 14 avqust 2012 13:45 (UTC +04:00)
Bakı – APA. “Azərreyl” Polşaya səfər edəcək. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” bu ölkədə keçiriləcək Aqati Mroz-Olszevskiejin xatirəsinə həsr olunacaq IV beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Yarışa Bakı təmsilçisi ilə yanaşı, yerli “Tauron”, Serbiyanın “Srvena Zvezda” və Rusiyanın “Dinamo” (Moskva) klubları da qatılacaq. Sentyabrın 14-də başlayacaq turnir 3 gün davam edəcək.

Maraqlıdır ki, Polşanın “Tauron” komandası Çempionlar Liqasında məhz “Azərreyl”lə, digər 2 komanda isə analoji yarışda “Lokomotiv”lə eyni qrupda yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR