Bank Of Baku

London Olimpiadasının ən yaxşı liberosu Azərbaycanda oynayacaq

London Olimpiadasının ən yaxşı liberosu Azərbaycanda oynayacaq
# 31 oktyabr 2012 12:40 (UTC +04:00)
Bakı – APA. “Rabitə” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, komandamız almaniyalı Angelina Qrünun ardınca London Olimpiadasının ən yaxşı liberosu seçilən Brenda Kastillonu heyətinə qatıb.

Dominikan Respublikası yığmasının 20 yaşlı voleybolçusu ilə hələlik mövsümün sonuna kimi razılıq əldə edilib. Son mövsümü Puerto-Rika “Kriollas de Kaquas” klubunda keçirən voleybolçu daha öncə vətənində “San Kristobal” (2007-2010), “Pueblo Nueva” (2009) və “Mirador” (2010) komandalarında çıxış edib.

Klub karyerasında Puerto-Rika çempionu olan (2011) Kastillo 2008-ci ildə Dominikan Respublikasının çempionatında ikinci yeri tutub. Yığmasında 5 nömrəli formanı geyinən “Rabitə”nin yeni transferi əsas komanda ilə NORCECA-nın bütün əyarlı medalına yiyələnib. Panamerika kubokunun 2 qat qalibi olan Brenda Mərkəzi Amerika və Karib Ölkələri Oyunlarının da birincisi titulunu qazanıb. Bununla yanaşı, qitəsində 4 ən güclü yığmaların iştirakı ilə keçirilən “Dördlər Finalı”nda fəxri kürsünün bütün pillələrində qərarlaşan 20 yaşlı ulduz dəfələrlə ən yaxşı libero və toppaylayıcı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR