Bank Of Baku

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında yenə uduzublar

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında yenə uduzublar
# 08 iyun 2019 20:26 (UTC +04:00)

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında ikinci dövrəyə start verilib. 

APA-nın məlumatına görə, Azərbaycan millisi IV tur çərçivəsində Bakıda Belarusu qəbul edib.
 
C qrupunda yer alan komandamız yenə qələbə qazana bilməyib. Minskdə 2:3 hesabı ilə uduzan Covanni Kapraranın yetirmələri Bakıda 1:3 hesabı ilə məğlub olublar. 

Voleybolçularımız ilk iki setdə məğlubiyyətdən sonra fərqi azaldıb. Dördüncü hissədə də üstün tərəf olan yığmamız son anda büdrəyib. 24:20 hesabı ilə öndə olmağımıza baxmayaraq, Belarus qarşılaşmanın hesabın müəyyənləşdirib - 3:1. 

Nəticədə komandamız ardıcıl dördüncü məğlubiyyətinə üzülüb. 

Voleybolçularımız növbəti turda səfərdə İspaniya ilə qarşılaşacaq. Matç iyunun 12-də olacaq. 

Qeyd edək ki, qrupumuzun digər oyununda İspaniya Finlandiya ilə üz-üzə gələcək. 

Qızıl Avropa Liqası
C qrupu
IV tur
Azərbaycan - Belarus - 1:3 (21:25, 19:25, 28:26, 34:36)

Hakimlər: Caqi Sarıkaya (Türkiyə), Fikrət Axundov (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

N

Ölkə

O

Q

M

S

T

X

1

Belarus

4

4

0

12-4

397-325

11

2

İspaniya

3

2

1

7-4

243-235

6

3

Finlandiya

3

1

2

4-7

235-251

3

4

Azərbaycan

4

0

4

4-12

334-398

1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR