Bank Of Baku

Cokoviç Uimbldonda Federerin rekorduna şərik olub

Serbiyalı tennisçi Novak Cokoviç

© APA | Serbiyalı tennisçi Novak Cokoviç

# 04 iyul 2026 06:46 (UTC +04:00)

Serbiyalı tennisçi Novak Cokoviç Uimbldon turnirində qazandığı qələbələrin sayına görə Rocer Federerin rekorduna şərik olub.

APA xəbər verir ki, Cokoviç üçüncü mərhələdə fransalı Artur Rinderkneşi 7:5, 6:4, 1:6, 7:6 hesabı ilə məğlub edərək Uimbldonda 105-ci qələbəsini qazanıb və bu göstəricidə Rocer Federerin rekordunu təkrarlayıb.

Serbiyalı tennisçi növbəti mərhələdə rusiyalı Roman Safiullinə qalib gələcəyi təqdirdə turnirin tarixində bu göstərici üzrə yeganə rekordçu olacaq.

Cokoviç Böyük Dəbilqə turnirlərində ümumilikdə 407 tək oyun qələbəsi ilə də rekordun sahibidir.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR