Bakı – APA. Qadın voleybolçulardan ibarət Türkiyə millisi baş məşqçi Marko Aurelio Mottanı istefaya göndərib. Apasport.az saytının məlumatına görə, bu barədə qərar İdarə Heyətinin iclasında qəbul olunub.
Belə ki, Türkiyə Voleybol Federasiyası 2010-cu ilin sonundan “ay-ulduzlular”ı çalışdıran braziliyalı mütəxəssislə yeni müqavilə bağlamaqdan imtina edib. Nəticədə komanda üçün yeni baş məşqçi axtarışına başlanılıb.
Qeyd edək ki, Türkiyə millisini tarixində ilk dəfə Olimpiadaya daşıyan mütəxəssis Azərbaycan fanatları üçün də yad deyil. Onun rəhbərlik etdiyi komanda Avropa çempionatının final mərhələsində millimizə qalib gəlmişdi -3:1.