Azərbaycan prezidenti Avropa Olimpiya Komitəsinin prezidenti və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvünü qəbul edib - FOTO

Azərbaycan prezidenti Avropa Olimpiya Komitəsinin prezidenti və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvünü qəbul edib - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 14:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu qəbul edib.

APA-nın məlumatına görə, P. Hikki yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycanda sürətli iqtisadi inkişaf proseslərinin, idman infrastrukturunun daha da genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduğunu qeyd edib.

Görüşdə Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi vurğulanıb, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR