Azərbaycan hərbçiləri bir sıra ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər
# 14 may 2013 07:22 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan - ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən, mayın 20-dən 24-dək Gürcüstanın Batumi şəhərində Qara dəniz və Xəzər dənizi regionunda təhlükəsizlik məsələləri üzrə VIII simpozium, mayın 21-dən 30-dək Avstriyanın Allentsteig şəhərində “Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy – proqramı çərçivəsində 2-ci səviyyəli NATO qiymətləndirməsi” təlimi, mayın 27-i 29-da Norveçin paytaxtı Osloda Hərbi Akademiya rəislərinin konfransı keçiriləcək.

Azərbaycan hərbçiləri həmçinin mayın 27-31-də Almaniyada Birgə əməliyyatlarda Maddi-Texniki Təminat kursuna, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən mayın 27-dən iyunun 22-dək Pakistanın Peşavar şəhərində Təməl hava-desant kursuna qatılacaqlar.

May ayının 28 və 29-da isə NATO-nun Beynəlxalq Hərbi Qərargahı, Əməkdaşlıq və Regional Təhlükəsizlik idarəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR