Ucarda yol qəzası baş verib, yaralanan var

Ucarda yol qəzası baş verib, yaralanan var
# 07 sentyabr 2013 17:38 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucarda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucar rayon polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Qazıqumlaq kəndində qeydə alınıb. Kürdəmir rayon sakini Piriyev Rəşad İsmayıl oğlu idarə etdiyi 90 MD 612 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Bundan sonra maşın əsas yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə maşında olan sərnişin, 1987-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədov Bayram Fərhad oğlu müxtəlif bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR