Moskvada Azərbaycan vətəndaşını girov götürməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb

Moskvada Azərbaycan vətəndaşını girov götürməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb
# 23 avqust 2013 04:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Moskva Baş İstintaq İdarəsinin nümayəndəsi Sergey Stukalov bildirib.

Bundan əvvəl iş üzrə 6 nəfərin saxlanıldığı bildirilirdi.

Qeyd edək ki, cari ilin avqustun 12-də cinayətkarlar Moskvanın Stavropolskaya küçəsində silahla 28 yaşlı Azərbaycan vətəndaşına hədə-qorxu gələrək, zorla avtomobilə mindiriblər. Bundan sonra, cinayətkarlar onu Tula şəhərinə apararaq qarajda girov saxlayıb. Onun azad olunması müqabilində qohumlarından 400 min dollar tələb edilib.

Girov götürülən şəxs 4 gün sonra azad edilib, fakt üzrə 6 nəfər həbs olunub.

“Avqustun 21-i axşam saatlarında törədilmiş cinayətdə şübhəli bilinən daha 2 şəxs saxlanılıb. Yaxın zamanda onlar barəsində də həbs qəti-imkan tədbiri seçiləcək və cinayətin bütün fiqurantlarına müvafiq ittihamlar irəli sürüləcək”, deyə mənbə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR