Raffi Ovannisyan aclıq aksiyasını dayandırıb

Raffi Ovannisyan aclıq aksiyasını dayandırıb
# 01 aprel 2013 07:09 (UTC +04:00)

Bakı-APA. “İrs” Partiyasının lideri Raffi Ovannisyan martın 10-da prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq başladığı aclıq aksiyasını dayandırıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, dünən İrəvanın mərkəzində qurduğu çadırdan çıxaraq tərəfdarlarına təşəkkür edən Ovannisyan onları Pasxa bayramı münasibətilə təbrik edib və ailə üzvləri ilə birlikdə kilsəyə yollanıb. “İrs” lideri bu gündən bölgələrə səfərə çıxacaq, o, aprelin 5-də Azadlıq meydanında mitinq keçirmək planlaşdırır.

Ermənistanda prezident seçkiləri fevralın 18-də keçirilib. MSK-nın versiyasına görə, seçkilərdə Raffi Ovannisyan 37 faiz, Serj Sərkisyan 59 faiz səs toplayıb. “İrs” Partiyasının lideri seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR