Bank Of Baku

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 26 mart 2018 10:49 (UTC +04:00)

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, şimal küləyi  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz  13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti  təşkil edəcək.

 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  55-65 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

 

Havanın temperaturu gecə  5-10° isti, gündüz  18-23° isti, dağlarda gecə  1-6° isti,  gündüz  13-18° isti təşkil edəcək.


Martın 27-si gündüz, 28-də qərb küləyinin  ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi  gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR