İstanbulda DAK-ın XIII Qurultayı keçiriləcək

İstanbulda DAK-ın XIII Qurultayı keçiriləcək
# 14 aprel 2015 07:23 (UTC +04:00)

Bu barədə APA-ya DAK-ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qurultay iki gün davam edəcək.

Bildirilib ki, 18 ildir fəaliyyət göstərən DAK dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türklərinin ən böyük və ən tanınmış diaspor təşkilatlarından biridir. İndiyədək qurultaylarını Los-Anceles, Vaşinqton, Haaqa, Brüssel, Stokholm, Frankfurt, Köln, Bonn, Donetsk kimi ABŞ və Avropanın böyük şəhərlərində reallaşdıran DAK builki qurultayını İstanbulda keçirməyə qərar verib.

XIII Qurultayın İstanbulda keçirilməsi təsadüfi deyil. Qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü bəhanəsi ilə davam etdirilən türk düşmənçiliyi kampaniyası səbəbindən İstanbul şəhəri xüsusilə seçilib.

Bu qurultayda türk düşmənçiliyinə qarşı dünyaya bu mesajın veriləcəyi bildirilib: ““1915-ci ildə gerçək bir erməni soyqırımının olmadığı və əsl soyqırımın Azərbaycan türklərinə qarşı edilmiş olduğudur”. Bunun da ən canlı, ən dəhşətli, ən yaxın nümunəsi "Xocalı soyqırımı”dır. Qurultayın İstanbulda keçirilməsi bu baxımdan əhəmiyyətli hesab olunur. Ayrıca bu qurultay Türkiyə və Azərbaycan diaspor təşkilatlarının daha yaxın əməkdaşlıq içərisində olmasına önəmli bir addım olacaq. Qurulduğu gündən bəri Türkiyə ilə yaxın əlaqələr içərisində olan DAK bu qurultayla əməkdaşlığı daha da gücləndirməyi hədəfləyib”.

Qeyd edək ki, Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın həmsədrlik etdiyi DAK qurultayını ilk dəfə 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR