Moskvada polisi qətlə yetirmiş Azərbaycan vətəndaşı 24 il azadlıqdan məhrum edilib

Moskvada polisi qətlə yetirmiş Azərbaycan vətəndaşı 24 il azadlıqdan məhrum edilib
# 15 iyul 2016 17:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında polisi qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub.

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, 22 yaşlı polis serjantı Andrey Bannovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı 26 yaşlı Nemət Rəşidov məhkəmənin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəi 2015-ci il mayın 27-də baş verib. Nemət Rəşidov iki nəfərlə birlikdə Moskvanın cənubunda yerləşən valyuta terminalını oğurlayaraq "Qazel" markalı yük maşınına qoyub və qaçırıb.

Moskva Dairəvi avtomobil yolunda polis N. Rəşidovun avtomobilini saxlayıb. Bu zaman N. Rəşidov avtomobilindən düşərək yaxınlıqdakı meşəyə qaçıb. Polis serjantı Andrey Bannov onu yaxalamaq istəyərkən N. Rəşidov polisə bıçaqla xəsarət yetirib. Xəsarətlərdən polis serjantı hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-29 tarixlərində N. Rəşidov və onun iki silahdaşı yaxalanıb. N. Rəşidov ifadəsində polisi öldürmək fikrində olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR