Milli Məclisdə “Milli Qəhrəmanlar haqqında” qanun layihəsi hazırlanır - APA TV

Milli Məclisdə “Milli Qəhrəmanlar haqqında” qanun layihəsi hazırlanır - <span style="color: red;">APA TV
# 25 mart 2013 19:51 (UTC +04:00)

Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı bildirib ki, Milli qəhrəmanlar üçün 600 manat məbləğində müavinət nəzərdə tutulub. Elşən Uluxanlı qeyd edib ki, onlar və ailələri başqa heç bir əlavə imtiyaza malik deyillər: “Milli Qəhrəmanlar haqqında” hazırlanan yeni qanun layihəsində isə bu statusu almış şəxslərin övladlarının istənilən ali təhsil müəssisəsində təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi nəzərdə tutulub”.

Xatırladak ki, ölkəmizdə Milli qəhrəman adının təsis olunmasına dair 25 mart 1992-ci il tarixli Qanun qüvvəyə mindikdən sonra 211 nəfər şücaəti və qanı bahasına Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını həkk edib. İlk dəfə bu fəxri ada 1992 - ci ilin iyunun 6-da 11 nəfər layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR