Vladimir Putin mətbuat katibini işdən çıxarıb

Vladimir Putin mətbuat katibini işdən çıxarıb
# 22 may 2012 10:47 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin mətbuat katibini vəzifəsindən azad edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Vladimir Putinin bu gün imzaladığı sərəncamla Rusiya prezidentinin mətbuat katibi Nataliya Timakova tutduğu vəzifədən azad edilib.

Prezidentin digər sərəncamı ilə Dmitri Peskov Rusiya prezidentinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Nataliya Timakova isə baş nazir Dmitri Medvedevin mətbuat katibi vəzifəsinə təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR