Suriya-İordaniya sərhədində atışma başlayıb

Suriya-İordaniya sərhədində atışma başlayıb
# 27 iyul 2012 00:47 (UTC +04:00)
Bakı-APA. Suriya ordusunun ölkədən İordaniyaya qaçanlara atəş açması nəticəsində İordaniya sərhəd qoşunları ilə Suriya əsgərləri arasında atışma başlayıb. Bu barədə APA Anadolu agentliyinə istinadən məlumat verir.

Qaçqınlar Deraa şəhərinin Əş-Şəhab rayonundan İordaniyaya keçməyə cəhd ediblər. Məlumata görə, atışma nəticəsində xeyli insan yaralanıb. Həmçinin İordaniyanın sərhədə doğru əlavə qoşun birlikləri yeritdiyi də bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR