İyunda Azərbaycan dövlət sərhədini pozan 53 nəfər və axtarışda olan 184 nəfər saxlanılıb

İyunda Azərbaycan dövlət sərhədini pozan 53 nəfər və axtarışda olan 184 nəfər saxlanılıb
# 09 iyul 2012 14:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ötən ay Azərbaycan dövlət sərhədini pozan 53 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, saxlanılanlardan 39-u Azərbaycan, 7-si Özbəkistan, 3-ü İran, 2-si Gürcüstan, 1-i Moldova və 1-i Türkiyə vətəndaşları olub. Bundan başqa, sərhəd rejimi qaydalarını pozan 10 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozan 40 nəfər saxlanılaraq barələrində tədbir görülüb.

Məlumatda həmçinin bildirilir ki, ötən ay respublikanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 184 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər nəticəsində 1 kiloqram 543 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidməti tərəfindən “Xaşxaş 2012” şərti adı altında keçirilən tədbirlər nəticəsində Şəki, Lerik, Balakən və Zaqatala rayonlarının ərazilərində 11,3 hektar sahədə yabanı halda bitmiş 17 min 455 kiloqram çətənə və xaş-xaş kolları aşkar edilərək məhv edilib.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən ölkəmizə məxsus 3 gəmiyə və 24 qayığa baxış keçirilib, dənizdən 1750 metr tor, 2 ədəd qayıq, gəmi və qayıqlardan 885 ədəd araq, 59 ədəd pivə, 100 litr benzin, 1 ədəd GPS, 2 ədəd mühərrik, 2 ədəd mobil telefon, 1 cüt ayaq pəri aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən tədbirlər nəticəsində 42 halda ümumi dəyəri 292 min 713 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, TOZ-8 tüfəngi üçün 5 ədəd patron və s. məhsullar saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR