Azərbaycanda fermerlərə verilən subsidiyalar artırılıb - YENİLƏNİB

Azərbaycanda fermerlərə verilən subsidiyalar artırılıb - <font color=red>YENİLƏNİB</font>
# 07 avqust 2012 15:40 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, iclasa sədrlik edən kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, iclasın nəticələrinə görə, ümumilikdə 1 418 528 hektar əkin sahəsinə görə fermerlərə 56 441 139 manat subsidiya verilməsi qərara alınıb. Onun sözlərinə görə, bu, ötən il verilən məbləğdən 7,5% artıqdır: «Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi bu vəsaitlərin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edəcək ki, bu vəsaitlər «Kapital Bank»a ayrılsın və fermerlər öz plastik kartları vasitəsilə bu pulları əldə edə bilsinlər».

Komissiyanın iclasında güzəştli şərtlərlə gübrələrin satışı məsələsinə də baxılıb. Gübrələrin ümumi həcmi 11 878,425 ton, bunun üçün ayrılacaq vəsait isə 2 284 252 manat təşkil edib. Fermerlər subsidiyaları artıq avqustun sonu, sentyabrın əvvəlindən ala biləcəklər.

Nazir bildirib ki, aqraq sektorun inkişafı üçün görülən tədbirlər, o cümlədən kənd təsərrüfatı istehsalçılarının subsidiyalar və güzəştlərin verilməsi, «Aqrolizinq» vasitəsilə gətirilən texnika və avadanlıqların gətirilməsi, KTN yanında Dövlət Kredit Agentliyi, eləcə də İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlər öz müsbət effektini verir və nəticədə aqrar sektorda iqtisadi artım 10,4% təşkil edib.

İ.Abasov qeyd edib ki, bu tədbirlərin nəticəsidir ki, iqlim dəyişikliyinə görə qonşu ölkələrdə məhsul qıtlığı yarandığı halda Azərbaycanda istehsal artıb: «Əhali bunu kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsi ilə hiss edib. Növbəti illərdə görüləcək işlər isə ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə, artıq məhsulu isə ənənəvi və yeni xarici bazarlara çıxarmağa imkan verəcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR