Göyçayda ölümlə nəticələnən zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib

Göyçayda ölümlə nəticələnən zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib
# 03 iyul 2012 23:34 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, hadisə gecə saatlarında Şamaxı-Yevlax magistral yolun 215-ci kilometrliyində, Göyçay rayonu ərazisində baş verib. Polisin bildirdiyinə görə, 10LJ743 dövlət nişanlı VAZ 21010 markalı maşın qarşıdan gələn 10SL448 dövlət nişanlı VAZ 2107 markalı avtomobili ilə toqquşub. Zərbə nəticəsində avtomobillərdən biri yolun digər hissəsində olan 90HK365 dövlət nişanlı VAZ 21015 markalı maşına çırpılıb. Zəncirvarı avtoqəza nəticəsində ilk maşınların hər iki sürücüsü yerindəcə dünyasını dəyişib. Xəsarət alan digər sürücü xəstəxanaya yerləşdirilib. Ölənlərin şəxsiyyəti hələ müəyyən etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR