Azərbaycanda demokratik qüvvələrin daimi ittifaqı ola biləcək təşkilatın yaradılması təklif olunur

Azərbaycanda demokratik qüvvələrin daimi ittifaqı ola biləcək təşkilatın yaradılması təklif olunur
# 17 aprel 2012 10:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycanda milli demokratik qüvvələrin daimi ittifaqı ola biləcək Milli Demokratik Alyans yaradıla bilər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, nədənsə müxalifətdə olan həmkarları partiya və birliklərin ittifaqının yaradılması məsələsinə qısqanclıqla yanaşır: “Hətta nəzəri olaraq bu barədə danışanda belə narahatlıqlarını ifadə edirlər. Ona görə də beş partiyanın görüşlərinin ittifaq yaradılmasına istiqamətlənməsini düşünməyək. Təbii ki, mən ittifaqın yaranmasını istərdim. Avropada bu istiqamətli ittifaqlar mövcuddur. Azərbaycanda da bir sıra partiyalar belə ittifaqların üzvüdür. Məncə, bizim tərəfimizdən Azərbaycanda belə bir ittifaqın təsis olunması ənənəsinin yaradılmasının ziyanı olmaz”.

S. Cəlaloğlu qeyd edib ki, müxalifətin düşdüyü vəziyyətdən çıxması üçün başqa yol görmür: “Belə bir vəziyyətdə hazırkı şəkildə fəaliyyət göstərmək effektiv deyil. Lakin ittifaqın yaradılmasında ciddi çətinliklər var. Çünki qrup və fərdi maraqlardan çəkinə bilmirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR