Rusiya XİN: “Rusiya ərazisində NATO hərbi bazasının və ya hərbi obyektinin yaradılacağı haqda məlumatların heç bir əsası yoxdur”

Rusiya XİN: “Rusiya ərazisində NATO hərbi bazasının və ya hərbi obyektinin yaradılacağı haqda məlumatların heç bir əsası yoxdur”
# 12 iyul 2012 14:31 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Xarici İşlər Nazirliyi Rusiya ərazisində NATO hərbi bazasının yaradılacağı ilə bağlı yayılan məlumatları təkzib edib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi internet səhifəsində açıqlama yayılıb.

Açıqlamada bildirilir ki, Rusiya ərazisində NATO hərbi bazasının və ya hər hansı hərbi obyektinin yaradılması ilə məlumatların heç bir əsası yoxdur: “Rusiya ərazisindən Əfqanıstana daşınacaq yüklər yalnız mülki aeroprtlar vasitəsilə həyata keçirilə bilər. Yüklərin daşınması zamanı hər hansı xarici personaldan və ya təhlükəsizlik xidtmətindən söhbət gedə bilməz”.

Qeyd edək ki, Rusiya mətbuatında Ulyanovsk şəhərində NATO hərbi bazasının yaradılacağına dair xəbər yayılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR