İmişlidə ev yanıb

İmişlidə ev yanıb
# 17 may 2012 15:58 (UTC +04:00)
İmişli. Əlibәy Zeynallı - APA. İmişli şəhərində iki qardaşa məxsus ev yanıb. İmişli rayon Yanğından Mühafizə Xidmətinin rəisi Dədəş Ataşovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 14.00 radələrində İmişli şəhərinin Sabir küçəsi, ev 9 ünvanında yerləşən Əliyev Möhübbət Kərim oğluna məxsus fərdi yaşayış evində baş verib. Elektrik naqilində yaranan qısaqapanma nəticəsində ümumi sahəsi 107 kvadratmetr olan bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi içərisində 2 qardaşa məxsus ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğın lokallaşdırılıb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR